Müəllimini buna görə vurubmuş - Sən demə... + VİDEO
Bu gün səhər saatlarında Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi insident törədib.
SAVASHMEDİA.az Xəzər TV-yə istinadən bildirir ki, iddiaya görə o, atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimi Şəhla Kamilovaya xəsarət yetirib.
Hadisədən sonra tədris ocağında dərslər dayandırılıb, şagirdlər evə buraxılıb. Şahidlərin verdiyi məlumata əsasən, hadisə tənəffüs zamanı baş verib.
Kamera qarşısında müsahibə verməkdən imtina edən digər şagirdlərin valideynləri isə müəllimi güllələyən şagirdlə bağlı ilginc iddia ilə çıxış ediblər.
Onların bildirdiyinə görə, həmin şagirdin davranış problemləri olub. Həmçinin, mütəmadi olaraq kompüter oyunlarına maraq göstərdiyi, onun bu hadisəni də həmin oyunların təsiri altında törətdiyi ehtimal edilir.
Videomaterialı təqdim edirik.