"Onda mən sizə niyə pul verirəm?" - Putinlə Lavrovun zarafatlaşması

Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl 2018-ci ilin iyununda Avstriyada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Rusiya prezidenti Vladimir Putin arasında baş verən zarafat barədə danışıb .

Mar 21, 2025 - 13:57
Mar 21, 2025 - 23:19
"Onda mən sizə niyə pul verirəm?" - Putinlə Lavrovun zarafatlaşması

SAVASHMEDİA.az xəbər verir ki, Avstriya parlamentinin spikeri Rusiyanı davamlı olaraq başqa ölkələrin işlərinə müdaxilə və onları işğal etməkdə günahlandırıb. 

O, çıxış edərkən Putin anidən Lavrova üz tutaraq ondan soruşub: “Məgər biz başqa ölkələri işğal edirikmi?” Lavrov isə dərhal cavab verib “Xeyr, biz işğalçı deyilik”.

Bundan sonra Putin gülümsəyərək belə davam edib: “Yaxşı, biz heç kimi işğal etmiriksə, ondan mən sizə niyə pul verirəm?”

“Yalnız ağıllı insanlarda belə həqiqi yumor hissi olur. Və onun yumor hissi xüsusi bir şeydir”, - Kneissl əlavə edib.

O vurğulayıb ki, Putin və Lavrov həmin vaxt yumorla reaksiya veriblər, çünki bu, təhqirə cavab vermənin yeganə yolu idi. 

Oğuz