Özgür Özel yeni partiya yaratdı - YÜRÜYÜŞ + FOTO

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) seçilmiş sədri Özgür Özel yeni partiya qurur.

Jun 24, 2026 - 18:35
Jun 24, 2026 - 18:36
Özgür Özel yeni partiya yaratdı - YÜRÜYÜŞ + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, yayılan məlumatlara görə, CHP daxilində partiya qurultayına gedən yol tamamilə bağlandığı üçün Ö.Özelin komandası bir müddətdir hazırladıqları yeni partiya layihəsini rəsmi olaraq başladıb. 

Adı “Yürüyüş” olacaq partiyanın loqosu da artıq hazırdır.

Qeyd edək ki, Özgür Özel ötən gün Kamal Kılıçdaroğluya müraciət edərək partiyanın içində olduğu mövcud vəziyyətə son qoymağa çağırıb. Ö.Özel bildirib ki, iqtidara və partiyadakı ikitirəliyə qarşı mübarizə aparmağa davam edəcəklər:

“Sonuna qədər mübarizə aparacağıq. Ya bir yol tapacağıq, ya da bir yol açacağıq. Ancaq əvvəl-axır iqtidara gələcəyik”.

Xatırladaq ki, Ankara Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib. Qərara əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. Kamal Kılıçdaroğlu isə partiya sədri vəzifəsinə geri qaytarılıb. Bundan sonra, Özgür Özel CHP-nin mərkəzi qərargahını tərk etməyəcəklərini bildirib.

Mayın 24-də isə Kamal Kılıçdaroğlu polis qüvvələrinin köməyi ilə zorla CHP-nin mərkəzi binasına daxil olub. Həmin gündən etibarən partiyada ikihakimiyyətli (seçilmiş sədr Özgür Özel və məhkəmə qərarı ilə təyin olunmuş Kamal Kılıçdaroğlu) dövr başlayıb.

Banu