Paradın aparıcısı foto paylaşıb şərh bölümünü bağladı - Tənqid qorxusu?

Ötən gün Bakının Azadlıq Meydanında qələbəmizin 5 illiyinə həsr edilmiş möhtəşəm hərbi parad gündəmin əsas müzakirə mövzusuna çevrilib.

Nov 9, 2025 - 19:56
Paradın aparıcısı foto paylaşıb şərh bölümünü bağladı - Tənqid qorxusu?

SAVASHMEDİA.az-ın xəbərinə görə, paradın yüksək səviyyədə təşkil olunması yekdilliklə qəbul olunsa da, tədbirin aparıcılığı ilə bağlı tənqidlər kifayət qədərdir.

Xatırladaq ki, gözləntilərin əksinə budəfəki parad Abdulla Qurbaniyə yox, aparıcı Mumtaz Xəlilzadə ilə Nanə Ağamalıyevaya həvalə edilmişdi.

Sosial şəbəkə istifadəçiləri isə Mümtaz Xəlilzadə və Nanə Ağamalıyevanı tənqid edərək paradın aparıcılığının zəif olmasından gileyləniblər.

Bu müzakirələrin getdiyi ərəfədə isə Nanə Ağamalıyevanın sosial şəbəkə hesabındakı addımı yeni müzakirərlə səbəb olub. Belə ki, Nanə Ağamalıyeva tədbirdən sonra həmkarı Mümtaz Xəlilzadə ilə fotosunu paylaşıb.  Onun paylaşımın şərh bölümünü bağlaması isə istifadəçilərin narazılığına səbəb olub.

İzləyicilər bunu aparıcıların haqlı tənqidlərdən çəkinmələri ilə izah edib.

Nanə Ağamalıyeva paylaşdığı fotoya bu sözləri əlavə edib:

"Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bu günkü tədbirində dəyərli həmkarım, Hərbi paradın aparıcısı Mümtaz Xəlilzadə ilə aparıcı qismində çıxış etdik.Bayramımız mübarək!"