Qadını boğaraq öldürmüşdü, saxlanıldı

Noyabrın 27-də gecə saatlarında Beyləqan rayonu Bolsulu kəndində 68 yaşlı qadının qətlə yetirilməsi faktı üzrə şübhəli şəxs müəyyən olunub.

Dec 21, 2025 - 19:59
Qadını boğaraq öldürmüşdü, saxlanıldı

SAVASHMEDİA.az xəbər verir ki, kənd sakini Nazilə Mustafayevanı yaşadığı evdə boğaraq qətlə yetirməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Şəmistan Həsənzadə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə, hadisə tamah məqsədilə törədilib.

Faktla bağlı araşdırma aparılır.