“Qarabağ” Nərimanı ABŞ klubuna satdı - RƏSMİ

“Qarabağ” futbolçusu Nəriman Axundzadənin  MLS (ABŞ) təmsilçisi "Kolumbus Kru" (Columbus Crew) klubuna keçəcəyini rəsmən elan edib.

Feb 10, 2026 - 11:57
“Qarabağ” Nərimanı ABŞ klubuna satdı - RƏSMİ

SAVASHMEDİA.az xəbər verir ki, bu haqda Ağdam təmsilçisi məlumat yayıb. Qeyd edilib ki, ABŞ klubu ilə aparılan danışıqları yekun mərhələyə çatıb və tərəflər arasında razılıq əldə olunub.

Mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilib.

Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaq.