Qənimət Zahid Çingiz Qənizadəyə niyə təzminat ödədi? - 2019-cu ildə NƏ DEMİŞDİ?
Mühaciərtədə olan jurnalist Qənimət Zahid sabiq millət vəkili Çingiz Qənizadəyə təzminat ödəyib.
SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb Qənimət Zahidin 2019-cu ildə "YouTube" platformasında yayımladığı videolarda Çingiz Qənizadə haqqında səsləndirdiyi iddialar olub.
Həmin videolarda Çingiz Qənizadə Rusiyada azərbaycanlı iş adamı Ruslan Hüseynovun qətlinin təşkilatçısı və ya iştirakçısı kimi təqdim edilib.
Keçmiş deputat isə bu iddiaların böhtan olduğunu bildirərək Fransada məhkəməyə müraciət edib.
Paris Cinayət Məhkəməsi işə baxaraq Qənimət Zahidi böhtana görə təqsirli bilib. Məhkəmənin qərarına əsasən, jurnalist 500 avro məbləğində cərimələnib, həmçinin Çingiz Qənizadəyə 300 avro mənəvi təzminat ödəməli olub.
Çingiz Qənizadə son açıqlamasında bildirib ki, Qənimət Zahid məhkəmə qərarını icra edərək təyin olunmuş təzminatı ödəyib.
Oğuz
Fotoda Çingiz Qənizadə