Uqanda millisinin kapitanı daşla döyülərək öldürüldü - DETALLAR

Uqanda millisinin və ölkənin ən tanınmış klublarından olan "SC Villa"nın kapitanı Devid Ovori faciəvi şəkildə qətlə yetirilib.

Aug 6, 2026 - 16:30
Uqanda millisinin kapitanı daşla döyülərək öldürüldü - DETALLAR

SAVASHMEDİA.az xəbər verir ki, hadisə paytaxt Kampala şəhərində baş verib. 

Naməlum şəxslər futbolçuya hücum edərək onu səki daşları ilə amansızcasına döyüblər. İlkin ehtimala görə, hücum quldurluq məqsədilə törədilib.

Ağır xəsarətlər alan Devid Ovori təcili xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Oğuz