Qurban bayramına görə pensiyaçılara əlavə pul veriləcək

Qarşıdan gələn Qurban bayramı münasibətilə Türkiyədə pensiya alanlara əlavə bonuslar ödəniləcək.

May 30, 2025 - 13:42
Qurban bayramına görə pensiyaçılara əlavə pul veriləcək

Bu barədə Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan açıqlama verib.

Onun sözlərinə görə, bayram mükafatları 31 may-4 iyun tarixləri arasında bank hesablarına yatırılacaq.

Sosial Müdafiə Təşkilatı (SGK), BAĞ-KUR (Sənətkarların və Digər Müstəqil İşçilərin Sosial Müdafiəsi Təşkilatı) və Pensiya Fonduna üzv olan bütün təqaüdçülər bonus ödənişlərindən faydalanacaqlar. Bir nəfər üçün bonus məbləği 4 min lirə (173 manat) nəzərdə tutulub.

Ödənişlərin pensiya növünə görə müxtəlif günlərdə həyata keçirilməsi planlaşdırılır. (publika)