"Qurtuluş" Reabilitasiya Mərkəzinin əməkdaşları azadlığa buraxıldı
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov, əməkdaşları Elşad Məhərrəmov və Natiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
SAVASHMEDİA.az xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, Ceyhun Salmanova 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası elan edilib, ona Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti təyin olunub və məhkəmə zalından azadlığa buraxılıb.
Elşad Məhərrəmov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti təyin olunub, məhkəmə zalından azadlığa buraxılıb.
Natiq Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib və Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti təyin edilməklə məhkəmə zalından azadlığa buraxılıb.