Ronaldo futboldan sonra bu işlə məşğul olacaq - "Hər şeyi planlaşdırmışam"

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo futbolçu karyerasını başa vurduqdan sonra nə ilə məşğul olacağını açıqlayıb.

Aug 17, 2026 - 17:33
Ronaldo futboldan sonra bu işlə məşğul olacaq - "Hər şeyi planlaşdırmışam"

SAVASHMEDIA.az xəbər verir ki, 41 yaşlı ulduz futboldan sonrakı həyatını artıq planlaşdırdığını və qarşıda onu məşğul edəcək çoxsaylı fəaliyyət növlərini olduğunu söyləyib.

O, planlarını belə ifadə edib:

“Gələcəyimi tamamilə planlaşdırmışam. Məni məşğul edəcək çox şey var və onlardan yalnız birini demək çətindir. Futbol böyük bir boşluq yarada bilər. Buna görə də vaxtı bir yox, müxtəlif yollarla doldurmaq lazımdır. Daha çox əylənmək, daha çox səyahət etmək, çox sevdiyim padeli (tenisə bənzəyən oyun - red) izləmək və oynamaq, qazandıqlarımızdan zövq almağa davam etmək istəyirəm. Axı 25 il böyük fədakarlıqlarla keçib”.

Ronaldo həmçinin həyat yoldaşı Corcina və uşaqları ilə daha çox vaxt keçirməyə imkan yaranacağını bildirib.

Qeyd edək ki, Ronaldo hələ futbolçu karyerasını rəsmən başa vurmayıb. O, sadəcə 2026/27 mövsümünün böyük ehtimalla son mövsümü olacağını açıqlayıb. Onun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Aytən