Rus deputatdan Putinə ərzaq böhranı xəbərdarlığı - "Ölkə çörəksiz qala bilər"
Rusiya Dövlət Dumasında ölkədəki yanacaq böhranının kənd təsərrüfatına da mənfi təsir edəcəyindən narahatdırlar.
SAVASHMEDİA.az xəbər verir ki, Dövlət Dumasının deputatı Nina Ostanina hökuməti yanacaq böhranının real miqyasını gizlətməkdə ittiham edib.
Onun sözlərinə görə, neft emalı zavodlarına hücumlar nəticəsində yaranan vəziyyət biçin mövsümü ərəfəsində kənd təsərrüfatını acınacaqlı duruma salıb.
Deputat xəbərdarlıq edib ki, fermerlər yanacaq çatışmazlığı səbəbindən məhsulu vaxtında toplaya bilməsələr, ölkə ərzaq qıtlığı ilə üzləşə bilər. O, çıxıçı zamanı "ölkə çörəksiz qala bilər" cümləsini işlədərək hökuməti təcili tədbirlər görməyə çağırıb.
Son günlər Rusiyanın bir çox bölgəsində benzin və dizel qıtlığı müşahidə olunur. Yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb, bəzi regionlarda satışa məhdudiyyətlər tətbiq edilib. Fermerlər isə dizel çatışmazlığı səbəbindən biçin kampaniyasının təhlükə altında olduğunu bildirirlər.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin də ölkədə yanacaq təchizatında problemlərin olduğunu etiraf etmiş, hökumətə xüsusilə kənd təsərrüfatı sektorunun yanacaqla təmin olunmasını prioritet məsələ kimi həll etməyi tapşırmışdı.
Oğuz