Rusiyaya məxsus təyyarə qəzaya uğradı - ölənlər var

An-26 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 29 nəfər həlak olub.

Apr 1, 2026 - 10:18
Rusiyaya məxsus təyyarə qəzaya uğradı - ölənlər var

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

 "Axtarış-xilasetmə qrupu tərəfindən An-26 təyyarəsinin qəzaya uğradığı yer aşkar edilib. Hadisə yerindən verilən məruzəyə əsasən, 6 heyət üzvü və göyərtədə olan 23 sərnişin həlak olub", - məlumatda vurğulanıb.

Qeyd edək ki, təyyarənib qayaya çırpıldığı vurğulanır.

Hazırda hadisə yerində Rusiya Müdafiə Nazirliyinin xüsusi komissiyası çalışır. Qəzanın ilkin səbəbi kimi təyyarənin texniki nasazlığı nəzərdən keçirilir.