“Sabah”ın Çempionlar Liqasında ilk məğlubiyyəti

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin görüşləri keçirilir.

Aug 5, 2026 - 23:21
“Sabah”ın Çempionlar Liqasında ilk məğlubiyyəti

SAVASHMEDİA.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" da bu gün meydana çıxıb.

Valdas Dambrauskasın komandası Danimarka səfərində "Orhus"la qarşılaşıb. Matç "Orhus"un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, tarixində ilk dəfə ÇL-də iştirak edən “Sabah”ın həmin turnirdə ilk məğlubyyəti olub.

Qeyd edək ki, oyunun Bakı vaxtı ilə saat 20:30-da başlaması planlaşdırılsa da, komandaların tıxac səbəbindən gecikməsinə görə matç saat 21:10-da start götürüb.

"Orhus" pley-offda “Hapoel” (Beer-Şeva, İsrail) ilə üz-üzə gələcək. "Sabah" isə Avropa Liqasının pley-offunda “Benfika” (Portuqaliya) - “Harts” (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, "Sabah"la "Orhus" arasında cavab matçı avqustun 11-də Masazırda keçiriləcək.

5 avqust

UEFA Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin ilk oyunları

21:10."Orhus" (Danimarka) - "Sabah" (Azərbaycan) - 2:1 

Qollar: Boqere, 32 (1:0), Boqere, 63 (2:0), Velko Simiç, 67 (2:1)

Hakimlər: Rade Obrenoviç, Aleksandar Kasapoviç, Qreqa Kordej (Sloveniya)

Randers."Cepheus Park" stadionu