Saç boyasının axmasını gecikdirən - Üsullar

Saç rənginin axması qadınların ümumi problemidir. Qadınlar problemin həllini saçları davamlı boyamaqda görsələr də, kimyəvi boyalar həm saça, həm də orqanizmə zərər verir.

May 9, 2025 - 18:09
Saç boyasının axmasını gecikdirən - Üsullar

Bəs saçdan boyanın gec axması üçün nə edə bilərik?

SAVASHMEDİA.az saçdan boyanın tez axmaması üçün üsulları təqdim edir:

Sirkəli su ilə durulama

Eyni miqdarda suya eyni miqdarda üzüm sirkəsi əlavə edib qarışdırın.Saçınızı şampunla təmiz yuduqdan sonra sirkəli su ilə yaxşıca durulayın. Bu üsulla boya saçınızdan gec axacaq.

Boyadan sonra şampun istifadə etməyin

Saçınızı boyadıqdan sonra ilk yumada şampun istifadə etməyin. Saç üzrə mütəxəssislər bildirirlər ki, rəng molekulları boyamadan sonrakı 72 saat ərzində saça hopur. Şampunla yuduqda isə rəng axır və saç boyanı tam olaraq qəbul etmir.

Saçınızı boyadıqdan sonra 3-4 gün yumayın

İlk yumadan sonra 3-4 gün fasilə versəniz, rəng saça daha yaxşı hopacaq və boyanın qalıcılığı artacaq.

İsti və ya qaynar su ilə yumayın

Boyalı saçları ılıq və ya soyuq su ilə yumağınız məsləhətdir.Çünki qaynar və ya isti su saçlarınızdakı rəngin solmasına və boyanın axmasına səbəb olur.

Saçı dəsmalla qurulamayın

Saçı dəsmalla qurulasanız, bu həm saçın nəm balansını pozaraq onları quru və baxımsız göstərəcək, həm də rəngin axmasına səbəb olacaq. Saçı açıq qoyaraq öz-özünə qurumağa buraxın və ya fenin ılıq havası ilə qurudun.

Banu