Şagird ov tüfəngini məktəbə necə keçirib? - Valideyn DANIŞDI + VİDEO
Xəbər verdiyimiz kimi, Bakıdakı “İdrak” Liseyində odlu silaha cinayət hadisəsi baş verib.
Belə ki, 10-cu sinif şagirdi 29 yaşlı riyaziyyat müəllimini ov tüfəngi ilə yaralayıb.
Liseyin qarşısında toplaşan valideynlərdən biri - Heydər Cəfərov jurnalistlərin baş verənlərlə bağlı suallarını cavablandırıb.
Liseyə daxil olan uşaqların yoxlanıldığını deyən valideyn "silah məktəbə necə keçirilə bilər?" sualına “Görünür, necəsə keçirib” cavabını verib.