Şagirdin vurduğu müəllim “İdrak” liseyindəki işindən çıxarılıb? - AÇIQLANDI

Bakıda "İdrak" liseyində şagirdi tərəfindən güllələnən və bu gün xəstəxanadan evə buraxılan müəllim Şəhla Kamilova tədris prosesinə geri dönəcək.

Feb 17, 2026 - 13:53
Şagirdin vurduğu müəllim “İdrak” liseyindəki işindən çıxarılıb? - AÇIQLANDI

SAVASHMEDİA.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, Ş.Kamilova yaxın günlərdə elə çalışdığı "İdrak" liseyində fəaliyyətini davam etdirəcək.

Hazırda onun səhhətinin yaxşı olduğu bildirilir.

Xatırladaq ki, fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində silahlı insident baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş. odlu silahdan atəş açaraq riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib.