Sərdar Berdiməhəmmədova “Mərd” adlı Qarabağ atı hədiyyə olundu - FOTOLAR
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada Cıdır düzündə olublar.
SAVASHMEDİA.az xəbər verir ki, Prezident İlham Əliyev burada Türkmənistan dövlətinin başçısına “Mərd” adlı Qarabağ atını hədiyyə edib.
Xatırladaq ki, ötən ilin iyul ayında Türkmənistan Xalq Məsləhətinin sədri, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun atası Qurbanqulu Berdiməhəmmədova da Azərbaycana səfəri zamanı “Dostluq” adlı Qarabağ atı hədiyyə olunmuşdu.