"Şikayəti geri götürməmişik, pulu gözləyirik" - Rəqsanənin borclu olduğu şəxs 

Məlum olduğu kimi müğənni Rəqsanə İsmayılovanın cəzası ev dustaqlığına dəyişdirilib.

Nov 20, 2025 - 01:36
Nov 20, 2025 - 01:39
"Şikayəti geri götürməmişik, pulu gözləyirik" - Rəqsanənin borclu olduğu şəxs 

SAVASHMEDİA.az-ın xəbərinə görə, müğənninin zərərçəkmişə borcun müəyyən qədərini ödədiyi bildirilir. 

Rəqsanə İsmayılovanın borclu olduğu Gündüz Məmmədov isə açıqlamasında şikayətini geri götürmədiyini deyib:

"Rəqsanə İsmayılova zəng etdi ki, çətin vəziyyətdədir. Evdə azyaşlı uşaqları var. Biz də vəziyyətini nəzərə aldıq, onu buraxdırdıq. Şikayətimizi geri götürməmişik. Pulu ödəməyini gözləyirik" - borc sahibi edib.

 Aytən İbrahimova