“Sumqayıt”ın kapitanı özünə xəsarət yetirdi - Əməliyyatdan sonra İLK AÇIQLAMA + VİDEO

“Sumqayıt” Futbol Klubunun kapitanı Səbuhi Abdullazadə əməliyyat olunub.

Aug 17, 2026 - 14:20
“Sumqayıt”ın kapitanı özünə xəsarət yetirdi - Əməliyyatdan sonra İLK AÇIQLAMA + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, futbolçunun əməliyyata alınmasının səbəbi “Neftçi” ilə oyundan sonra baş verən bədbəxt hadisə olub.

Məlumata görə, 16 avqustda keçirilən “Neftçi” - “Sumqayıt” matçında qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Səbuhi Abdullazadə əsəbiləşərək dəhlizdəki şüşəyə yumruq vurub. 

Nəticədə şüşə sınıb və iri şüşə parçası futbolçunun ayağına düşərək ciddi kəsiklər yaradıb.

Ayağında dərin kəsiklər yaranan futbolçu Bakıda yerləşən özəl xəstəxanalardan birində əməliyyat olunub. Klubun yaydığı məlumata görə, əməliyyat uğurla başa çatıb.

Səbuhi Abdullazadənin təxminən 5 ay sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.

Aytən