Türkiyənin məşhur müğənnisi 3 illik həbs cəzası aldı - Yəhudilərə görə 

Türkiyənin məşhur müğənnisi Yaşar İpek yəhudilərlə bağlı paylaşımına görə 3 illik həbs cəzasına məhkum edilib.

May 16, 2026 - 16:11
Türkiyənin məşhur müğənnisi 3 illik həbs cəzası aldı - Yəhudilərə görə 

SAVASHMEDİA.az xəbər verir ki, müğənni sosial media hesabında “Küçəyə yəhudi ovuna çıxaq. Şəxsən mən küçədə gördüyüm ilk yəhudini xəstəxanalıq olana qədər döyəcəyəm” yazıb.

Bundan sonra Türkiyə Baş Ravvinliyinin şikayəti əsasında müğənniyə cinayət işi açılıb. Ötən gün keçirilən məhkəmə iclasında vəkili Yaşar İpeyin Türkiyədə yaşayan yəhudiləri nəzərdə tutmadığını, onları hədəfə gətirmədiyini, təhdid etmədiyini bildirib və müğənninin bəraətini tələb edib.

Yaşar İpek isə verdiyi ifadədə paylaşımları ani qəzəb anı nəticəsində etdiyini bildirib:

“Qəzzada baş verənlərə görə ani bir qəzəblə yazmışdım. Qəzzadakı qırğınları dəstəkləyənlərə reaksiya vermişdim. Cinayət törətmək və ya cinayətə təşviq etmək niyyətim yox idi”.

İfadədən sonra prosesə verilən ara zamanı Yaşar İpek vəkili ilə birgə video çəkdiyi videoda İsraili və əsgərlərini hədəf aldığını qeyd edib:

“Qatil sionist İsrailin soyqırları ilə bağlı paylaşım etmişəm. Buna görə də məhkəməyə verilmişəm. Hədəfim İsrail dövləti və İsrail əsgərləri idi. Tamamən insani duyğularla hərəkət etmişdim. Bu həbs cəzası insanlığımdan heç nə almayacaq. Belə paylaşımlar etməyə davam edəcəyəm. Cəzamı da çəkməyə hazıram”.

Məhkəmə “xalq arasında qorxu və panika yaratmaq məqsədilə təhdid” ittihamı ilə 2 il, cinayətin media və mətbuat vasitəsilə törədildiyinə görə isə 1 il də əlavə edərək müğənnini ümumi 3 il müddətinə azadlıqdan məhrum edib.

Yaşar İpeyin vəkili qərardan apellyasiya məhkəməsinə müraciət edəcəklərini bildirib.

Banu