"Oğluma deyirmiş ki, yaranın yeri necədir?" - Həmin şagirdin ANASI DANIŞDI
Bakıda 271 nömrəli məktəbdə şagirdlər arasında zorakılıq baş verib.
SAVASHMEDİA.az-ın məlumatına görə, şagird yoldaşına fiziki şiddət göstərən şagirdin anası Dilarə Allahverdiyeva musavat-a bildirib ki, hadisə qəfil baş verməyib və uzun müddət davam edən gərginliyin nəticəsidir.
Onun sözlərinə görə, övladı bir ildən çoxdur təhqir və psixoloji təzyiqlərə məruz qalıb və bu barədə ailəyə məlumat verməyib. Ana qeyd edib ki, qarşı tərəflə aralarında gərginlik olub və hətta daha əvvəl bıçaqlanma hadisəsi baş verib, bununla bağlı hüquqi proseslər də davam edir.
Onun sözlərinə görə, bu davamlı təzyiq və əvvəlki insidentlər son hadisənin baş verməsinə gətirib çıxarıb:
“Oğlumu o vəziyyətə gətirən qarşı tərəfdir. O döyülənin başçısı olduğu qrup oğlumu 2025-ci ilin noyabrında məktəbin yaxınlığında bıçaqlayıb. Bıçaqlayan qrup üzvü də bu cinayəti indi döyülənin təhriki ilə edib. Hazırda onun da adı cinayət işində şahid kimi keçir.
Oğlumun bıçaqlanması ilə bağlı Sabunçu Rayon Məhkəməsində hakim Günel Məmmədovanın sədrliyi ilə F.B. Səbuhi oğlu ilə bağlı 1(5-101)-147/2026 saylı cinayət işi üzrə məhkəmə gedir. Belə bir vaxtda da oğlumdan əl çəkmirmiş, onu hər gün aşağılayıb, təhqir edirmiş. Oğlum da dözüb, bu barədə bizə məlumat verməyib. Bilsəydik, əvvəlcədən tədbir görülməsi üçün addımlar atardıq. Oğluma sataşan isə başına dəstə yığıb oğlumu ələ salmaqla, aşağılamaqla özünün döyülməsinə yol açıb.
Oğluma deyirmiş ki, “bıçaq yarası necədir? Bir az o yana, bir az bu yana olsaydı, sənə necə təsir edərdi..."