"Ukrayna bizi məcbur etmək istəyir ki..." - Viktor Orban
"Ukrayna Macarıstan və Slovakiyanı Rusiya ilə müharibəyə sürükləməyə çalışır".
SAVASHMEDİA.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban "X" sosial şəbəkəsində paylaşımında bildirib.
“Onlar Rusiya-Ukrayna müharibəsinə sürükləmək üçün slovaklara və bizə təzyiq etmək istəyirlər”, - siyasətçi bildirib.
Onun sözlərinə görə, buna nail olmaq üçün Ukrayna “Brüssel bürokratları ilə əlbir olaraq” öz ərazisindən keçən qaz kəmərini bağlayıb və nəticədə Şərqi Macarıstana qaz nəqli demək olar ki, dayanıb. Eyni zamanda, Orban qeyd edib ki, onun ölkəsi şərqdən qaz əvəzinə indi enerji resurslarını cənubdan, yəni Türkiyədən alır.
“Türk axını” qaz kəməri olmasa, Macarıstana etibarlı enerji təchizatı və enerji qiymətlərinin aşağı səviyyədə saxlanılması mümkün olmazdı”, - o vurğulayıb.