Ukraynaya qayıdan Zelenski - VƏFAT ETDİ
Üç illik rus əsirliyindən sonra “1000-ə 1000” əsir mübadiləsi çərçivəsində sərbəst buraxılan hərbçi Ukraynada vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Suspilne Donbas” məlumat yayıb.
Məlumata görə, 57 yaşlı Ukrayna əsgəri Valeri Zelenski əsirlikdən qayıtdıqdan bir ay keçməmiş dünyasını dəyişib. Hərbçinin qızı bildirib ki, atasının orqanizmi rus əsirliyindəki işgəncələrin fəsadlarına tab gətirə bilməyib.
Rusiyanın genişmiqyaslı müharibəyə başladığı ilk günlərdə Valeri Zelenskinin bölməsi Mariupoldakı hərbçilərə silah daşıyıb. O, elə orada əsir düşüb. Əsirlikdən sonra çiyni və qolu işləməyib. Bütün bu işgəncələrin nəticəsində onun orqanizmi tükənib.
Xatirə SADİQ
Fotoda: Valeri Zelenski