Ümit Özdağ azadlığa buraxıldı  

Türkiyənin “Zəfər”partiyasının sədri Ümit Özdağ həbsdən azad edilib.

Jun 17, 2025 - 15:58
Ümit Özdağ azadlığa buraxıldı  

SAVASHMEDİA.az xəbər verir ki, partiya sədri bu gün hakim qarşısına çıxarılıb. 

Ümit Özdağ məhkəmə zalına girən kimi İstiqlal marşını oxumağa başlayıb. Lakin hakim ona qaydaları xatırladıb. Özdağın məhkəməsində Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş da iştirak edib.

Partiya sədri özünü müdafiə edərək günahsız olduğunu bildirib:

“Prokurorun rəyi qanun cinayətidir! Prokurorluq məni imzasız, müəllifi belə bəlli olmayan kağız parçası ilə ittiham edir. Prokurorluq türk millətinə böyük yalan danışır. Kayseridəki hadisələr mənim yazdığım tvitə görə yox, 27 yaşlı suriyalı manyakın 7 yaşındakı qohumuna təcavüz etməsinə görə başlayıb. Bunu ictimaiyyətdən gizləyə bilməyəcəklər. Sosial şəbəkədəki yazılarımın heç biri zorakılığa çağırış etməyib. İnsanları heç biri cinayətə sövq etməmişəm. İttihamnamədəki yazılar sadəcə illər öncə ölkəmizin gələcəyi və ictimai asayişlə bağlı yazdığım yazılardır”.

Sonda hakim heç bir məhkəmə nəzarəti şərti olmadan Özdağın azadlığa buraxılmasına qərar verib. 

Qeyd edək ki, Ümit Özdağ bu il yanvarın 21-də “ictimaiyyəti açıq şəkildə nifrət və düşmənçiliyə sövq etmək” ittihamı ilə həbs edilib. Prokuror Ümit Özdağ üçün 7 il həbs cəzası istəyib.

Banu