"Ürəkdir də, mən də ölə bilərəm..." - “MediHall Hospital”ın direktoru + VİDEO
Xəbər verdiyimiz kimi, “MediHall Hospital”da əməliyyat olunmuş Nigar İsmayılova 3 gün sonra vəfat edib.
SAVASHMEDİA.az-ın məlumatına görə ki, klinika direktoru qadının ölümünün tibb müəssisəsi ilə əlaqəsinin olmadığını bildirib.
Onun sözlərinə görə, pasiyent əməliyyatdan bir neçə gün sonra evə buraxılıb və evində dünyasını dəyişib:
“O, qarın yırtığından əməliyyat edilib, ancaq ürəkdən rəhmətə gedib. Ürəkdir də, indi mən də ölə bilərəm ürəkdən. Əməliyyatdan əvvəl pasiyent müayinədən keçirilib və hər hansı ciddi problem aşkarlanmayıb. Tromb yaranması halları müxtəlif səbəblərdən baş verə bilər və bu cür risklər istənilən şəxsdə mümkündür. İnsan yeridiyi yerdə trombdan rəhmətə gedə bilər. Onun rəhmətə getməyinə əməliyyat səbəb olmayıb”.
Mərhumun qardaşı isə bildirib ki, əməliyyat 12-13 gün bundan qabaq qarın yırtığından edilib:
Daha ətraflı “Baku TV”nin süjetində: