Xaçmazda eşşəyin dişlədiyi kişi öldü
Xaçmaz rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
SAVASHMEDİA.az xəbər verir ki, Shimal.News-un əldə etdiyi məlumata görə hadisə təxminən bir həftə əvvəl rayonun Yergüc kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1956-cı il təvəllüdlü Murad Müslüm oğlu Əsfəndiyarovu kənd ərazisində eşşək dişləyib. Bildirilir ki, hadisədən sonra 70 yaşlı kişi bir müddət ev şəraitində müalicə alıb.
Lakin onun vəziyyəti ağırlaşdığından bu gün həyatını itirib.
Mərhumun meyiti ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə Xaçmaz Rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.