Zelenski həmin ordeni geri qaytardı, qəbzi paylaşıb bunları YAZDI - Nə baş verir?
Ukrayna Prezidenti Volodimir Zelenski ona 2023-cü ildə verilmiş “Ağ Qartal” ordenini Polşa Prezidenti Karol Navroçkiyə geri göndərib.
SAVASHMEDİA.az xatırladır ki, bu, Polşa tərəfinin Zelenskini həmin mükafatdan məhrum etmək qərarından sonra baş verib.
Qeyd edək ki, Polşa rəhbərliyinin bu qərarı iki ölkə arasında diplomatik müzakirələr fonunda verilib. Rəsmi Varşava ordenin geri alınmasını Zelenskinin bəzi açıqlamaları və mükafatın simvolik statusu ilə bağlı fərqli yanaşmalarla izah edib.
Polşanın belə bir addım atmasına səbəb kimi Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “UPA qəhrəmanları adına” adını verməsi göstərilir.
Bəs “UPA qəhrəmanları” kimlərdir?
UPA - Ukrayna Üsyançı Ordusudur (ukraynaca Українська повстанська армія). Bu silahlı qurum II Dünya müharibəsi dövründə fəaliyyət göstərib. Ukraynada bəzi çevrələr onları müstəqillik uğrunda döyüşənlər kimi təqdim edir, amma Polşada və başqa yerlərdə UPA çox mübahisəli fiqur sayılır, xüsusən də polyaklara qarşı qırğınlarla əlaqələndirildiyi üçün.
Qərar Ukrayna-Polşa münasibətlərində yeni gərginlik yaradıb.
Ordeni geri qaytaran Zelenski “Telegram” kanalında həm ordenin fotosunu, həm də poçt qəbzini paylaşaraq bunları yazıb:
“Əgər hesab edilirsə ki, bu xüsusi simvol İrina II, Benito Mussolini və Gerhard Şröderdə qala bilər, o zaman biz Ukraynada bununla mübahisə etməyəcəyik. Biz hesab edirdik ki, 2023-cü ildə ‘Ağ Qartal’ ordeni bilavasitə Ukrayna xalqına və ordumuza verilib. O vaxt bizə belə deyilmişdi”.
Zelenski açıqlamasının sonunda Ukraynanın mövqeyini dəyişmədiyini vurğulayıb: “Ukrayna özünü müdafiə etməyə davam edəcək və sonda layiqli sülhə nail olacaq”.
“Ağ Qartal” ordeni Polşanın ən yüksək dövlət mükafatıdır və adətən xarici liderlərə verilən diplomatik təşəkkür və strateji tərəfdaşlıq simvolu sayılır. Buna görə də onun verilməsi və geri alınması təkcə şəxsi mükafatlandırma məsələsi deyil, iki ölkə arasında siyasi münasibətlərin göstəricisidir.
Oğuz