Zelenski Yermakı geri qaytarır, ABŞ-yə "yox" dedi - Sülh olmayacaq?

“Ukrayna Prezidenti Volodimir Zelenski öz hakimiyyətini qorumaq naminə  Andrey Yermakı geri qaytarıb”.

Dec 18, 2025 - 20:26
Zelenski Yermakı geri qaytarır, ABŞ-yə "yox" dedi - Sülh olmayacaq?

SAVASHMEDİA.az xəbər verir ki, bu iddia ilə Ukrayna mətbuatı çıxış edib.

Bildirilib ki, V. Zelenski hakimiyyəti qorumaq üçün faktiki olaraq keçmiş Administrasiya rəhbəri Andrey Yermakın səlahiyyətlərini özünə qaytarıb. 

Buna görə də prezident aparatının yeni rəhbərinin təyinatını təxirə salır. O həmçinin ABŞ ilə danışıqlarda güzəştə getməkdən də imtina edir. 

Məqalədə qeyd olunub ki, Ukrayna prezidenti korrupsiyaya qarşı mübarizə aparan qurumlara qarşı əks-hücum başlatmağa hazırlaşır. Bununla da yaxın ətrafını təqib təhlükəsindən xilas etməyə çalışır.

Banu