"ABŞ istəsə belə, Livandan çıxmayacağıq" - İsrailin müdafiə naziri

İsrail Livanın cənubunda nəzarətində saxladığı ərazilərdən geri çəkilmək niyyətində deyil.

Jun 24, 2026 - 16:32
"ABŞ istəsə belə, Livandan çıxmayacağıq" - İsrailin müdafiə naziri

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats açıqlama verib.

Nazirin sözlərinə görə, İsrail ordusu Livanın cənubunda yaratdığı təhlükəsizlik zonasını qorumaqda davam edəcək və bu məsələdə heç bir xarici təzyiq qərarı dəyişməyəcək.

“ABŞ bizdən bunu istəsə belə, Livanın cənubundan çıxmayacağıq. Əsgərlərimiz həmin ərazilərdə qalacaq. Oradakı infrastruktur dağıdılıb, təhlükə yaradan evlər sökülüb və geri çəkilmək planımız yoxdur”, - Kats bildirib.

Müdafiə naziri əlavə edib ki, əvvəllər mülki əhalinin yaşadığı bəzi yaşayış məntəqələri silahlı qruplar tərəfindən İsrail hərbçilərinə qarşı hücumlar və partlayıcıların yerləşdirilməsi üçün istifadə olunub. Buna görə də İsrail həmin ərazilərdə yenidən oxşar halın yaşanmasına imkan verməyəcəyini vurğulayıb.

Oğuz