Sabah bu rayonda qaz kəsiləcək – Saat 10-dan

Sabah Lənkəran rayonunun bəzi qəsəbə və kəndlərində təbii qazın verilişi dayandırılacaq.

Jun 24, 2026 - 17:24
Sabah bu rayonda qaz kəsiləcək – Saat 10-dan

SAVASHMEDİA.az-a bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Lənkəran rayonunun Nərimanabad və Balıqçılar qəsəbələrinin, Üzümçülük kəndinin, həmçinin Liman şəhərinin M. Ə. Rəsulzadə və 28 May küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.