ABŞ klubundan Nəriman Axunzadə ilə bağlı AÇIQLAMA
ABŞ-nin “Kolambus Krü” klubunun baş meneceri İssa Tall Nəriman Axundzadənin transferini yüksək qiymətləndirib.
SAVASHMEDİA.az teleqraf-a istinadla xəbər verir ki, o, bu barədə MLS təmsilçisinin rəsmi saytına açıqlamasında deyib.
Tall bildirib ki, 21 yaşlı hücumçunun texniki bacarığı və iş əzmi komandanın oyun üslubuna tam uyğundur:
“Nəriman gənc olmasına baxmayaraq, həm yerli çempionatda, həm Avropa arenalarında, həm də milli komandada böyük təcrübə qazanıb. Onun inkişafını klubumuzda görmək üçün səbirsizlənirik”.
Qeyd edək ki, Nəriman Axundzadə “Kolambus Krü” klubu ilə 3 illik müqavilə imzalayıb.