Aqil Xəlilov vəzifədən azad edildi

“Azərişıq” ASC-də növbəti kadr dəyişikliyi baş verib.

May 17, 2026 - 15:25
 Aqil Xəlilov vəzifədən azad edildi

SAVASHMEDİA.az xəbər verir ki, “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi Aqil Xəlilov tutduğu vəzifədən ayrılıb.

Bildirilir ki, bununla bağlı rəsmi əmr verilib.

Hazırda onun yerinə yeni rəhbər təyin edilməyib.