Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub - Aeroportdan qaytardılar
Müsavat Partiyasının keçmiş başqanı, hazırda isə Məclis sədri olan Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub.
SAVASHMEDİA.az xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
Həmin paylaşımı təqdim edirik:
"Bu gün Vyanaya səfərim var idi. Bu şəhərdə Azərbaycanın iqtidar, müxalifət nümayəndələrinin, Milli Məclis üzvlərinin iştirakı ilə əvvəllər də keçirilmiş, Cənubi Qafqaz regionuna dair məsələlərin müzakirə olunacağı tədbirə dəvət almışdım.
Yenə həmin şəhərdə iyul ayının 3-4 də keçiriləcək Müsavat Partiyasının üzv olduğu ALDE nin növbəti Konqresində iştirak edəcəkdim.
Hava alanının sərhəd xidməti mənə heç bir əlavə məlumat vermədən ölkədən çıxışıma qadağa qoyulduğunu bildirdi.
Qadağanın hansı qurum tərəfindən, hansı səbəbə görə qoyulduğunu araşdırmaq cəhdlərim nəticəsiz qaldı".
Oğuz