Arvadı Netanyahuya qışqırdı - "Sənin ucbatından..."

İsrailin Baş naziri Benjamin Netanyahu ilə həyat yoldaşı Sara Netanyahu arasında yaşanan gərgin anlar gündəm olub.

Jul 3, 2026 - 00:09
Arvadı Netanyahuya qışqırdı - "Sənin ucbatından..."

SAVASHMEDİA.az xəbər verir ki, hadisə Qüdsdə keçirilən Makkabiya Oyunlarının açılış mərasimi zamanı baş verib. 

Yayılan görüntülərdə Sara Netanyahunun həyat yoldaşına və onun köməkçilərinə əsəbi şəkildə irad bildirdiyi görünür. İsrail mediasının məlumatına görə, o, "Sənin ucbatından insanlarla mübahisə etdim" və "Niyə mənə kömək etmirsiniz?" deyərək narazılığını bildirib.

Narazılığa səbəb VIP zonaya giriş zamanı yaranan qarışıqlıq olub. Şahidlərin sözlərinə görə, Sara Netanyahu lazımi müşayiətin təmin edilmədiyini və sıxlıq zamanı narahatlıq yaşadığını bildirib.

Hadisədən sonra yayılan video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olsa da, Baş nazirin Ofisi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Aytən