"Avtobus müxalifəti" termininin müəllifi Ramiz Mehdiyevdir? - Natiq Cəfərlinin paylaşımı

ReAl partiyasının rəhbəri Natiq Cəfərli 4 aylıq ev dustaqlığı cəzasına məhkum edilmiş Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı paylaşım edib.

Oct 16, 2025 - 12:19
Oct 16, 2025 - 12:20
"Avtobus müxalifəti" termininin müəllifi Ramiz Mehdiyevdir? - Natiq Cəfərlinin paylaşımı

SAVASHMEDİA.az-ın xəbərinə görə, N.Cəfərli Ramiz Mehdiyevin radikal müxalifətlə koordinasiyalı şəkildə işlədiyinə eyham vurub.

O, iddia edib ki, konstruktiv qüvvələrin "avtobus müxalifəti" adlandırılmasını Ramiz Mehdiyev dövriyyəyə buraxılıb, sonradan isə bəlli qüvvələr tərəfindən geniş istifadə olunub.

Natiq Cəfərlinin sözügedən paylaşımını təqdim edirik:   

 "Avtobus müxalifəti" deyiminin müəllifi kimdir?! 

2022-ci ilin fevral ayı, Mehdiyev AMEA adından bəyanat yaymışdı, işğaldan azad olunan torpaqlarımıza fəxrlə və qürurla səfər edən (o zaman portalda qeydiyyat yox, minalı ərazilər çox, fərdi səfərlər qadağan idi) siyasi partiya rəhbərlərini təhqir edib, onlara "avtobus müxalifəti" demişdi. 

Sonra bu termini ən çox kim istifadə etdi, sankı əmr gəlmiş kimi, hansı marginal dəstə tutuquşu roluna girdi?! 
Hə, bunu da özünüz düşünün..."

Oğuz