Azərbaycanlı gənc Türkiyədəki aksiyada evlilik təklif etdi - VİDEO
Azərbaycanlı Eldəniz Məmmədov Türkiyədə baş verən mitinqlərdə sevgilisinə evlilik təklifi edib.
Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.
İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq başqanı Əkrəm İmamoğlunun həbsinə etiraz olaraq keçirilən mitinqlərdə maraqlı anlar yaşanıb.
Belə ki, həmyerlimiz Eldəniz Məmmədov sevgilisinə evlilik təklifi edərək, ona üzük təqdim edib.
Həmin görüntüləri təqdim edirik.