“Azercell”i boykot kampaniyası başladı - Kütləvi ETİRAZ  

"Azercell”in yeni qərarı abonentlərin narazılığına səbəb olub. Abonentlər sosial şəbəkələrdə #BoycotAzercell haştağı ilə kampaniya başladaraq provayderin yeni qərarına qarşı birləşiblər.

Jun 3, 2025 - 13:28
Jun 3, 2025 - 13:28
“Azercell”i boykot kampaniyası başladı - Kütləvi ETİRAZ  

SAVASHMEDİA.az narazı abonentlərin paylaşımlarından bir qismini təqdim edir:

Qeyd edək ki, 1 iyul tarixindən etibarən “Azercell” fakturasız nömrələr üçün yeni qaydalar tətbiq edəcək. Bu qərar abonentlərin narazılığına səbəb olub.

Belə ki, online ödənişlə 1-2 manat yükləndiyi zaman nömrənin aktiv qalma müddəti 1 gün olacaq.

Nömrənin aktiv qalma müddəti yüklənən məbləğə görə aşağıdakı kimi dəyişəcək:

1-1,99 manat – 1 gün;
2-2,99 manat – 2 gün;
3-4,99 manat – 3 gün;
5-9,99 manat – 5 gün;

Yağmur