“Bizim süfrə” fırıldaqla məşğuldur? - Müştəriləri belə aldadırlar 

“Bizim süfrə” markasının fırıldaq yolu ilə mallarının reklamını və satışını həyata keçirdiyi iddia olunur.

Dec 21, 2025 - 11:04
“Bizim süfrə” fırıldaqla məşğuldur? - Müştəriləri belə aldadırlar 

SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı jurnalist İlhamə Rəsul sosial media hesabında yazıb.

Onun sözlərinə görə, marketlərdə həmin markanın məhsullarından 7 ədəd alınarsa, elektronik cihaz hədiyyə ediləcəyi bildirilsə də, buna əməl olunmayıb:

“Marketdə özləri yaxınlaşdılar ki, məhsulumuzdan 7 ədəd alsanız, elektronik cihaz (fen, tozsoran, elektrikli çaydan, toster, ütü və s.) hədiyyə edəcəyik. Sınamaq üçün aldım, dedilər, ayın 15-də gəl. Həmin tarixdə getsəm də, hədiyyənin qutardığını, gələn həftə getməli olduğumu bildirdilər.

Bu gün oğlum gedib, hədiyyə adı ilə “pinqvin” paketin içində 4 ədəd mayonez, ketçup veriblər.7 ədəd məhsul almışdım ki, 4 ədəd mayonez hədiyyə etsinlər?

Başımız yaxşı işləyir, di gəl, ancaq fırıldaqçılığa”.

Aytən