Çarli Kirkin mümkün qatilinin adı açıqlandı

ABŞ prezidenti Donald Tramp məşhur podcaster Çarli Kirkin qətlində şübhəli bilinən şəxsin adını açıqlamasa da, hüquq-çühafizə orqanlarındakı mənbələr onun adını mediaya sızdırıblar.

Sep 12, 2025 - 17:33
Çarli Kirkin mümkün qatilinin adı açıqlandı

SAVASHMEDİA.az bu barədə New York Post nəşrinə istinadən xəbər verir. 

Məlumata görə, bu şəxs Yuta ştatında yaşayan 22 yaşlı Tayler Robinsondur.

“Onu çox yaxın birisi təhvil verib” deyən president sonradan qeyd edib ki, məhz Taylerin atası oğlu barədə məlumatı “hüquq-mühafizə orqanları ilə əlaqədar olan nazir” vasitəsilə ötürüb.

Xatirə SADİQ