"Elçin, biz sizi Tovuzda belə qarşılamışdıq?" - "Turan Tovuz" rəhbərindən ETİRAZ
“Şamaxı” Misli Premyer Liqasının XXXII turunda “Turan Tovuz”u məğlub edib.
SAVASHMEDİA.az xəbər verir ki, futbolpress.az-ın məlumatına görə, meydan sahiblərinin üçüncü qolundan sonra klub rəhbərləri arasında mübahisə düşüb.
“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev şamaxılı azarkeşlərin onlara qarşı qıcıqlandırıcı şüarlarından sonra həmkarı Elçin Usuba yaxınlaşıb və ona “Elçin, biz sizi Tovuzda belə qarşılamamışdıq, azarkeşləri sakitləşdirin” deyə bildirib. Usub isə öz növbəsində mühafizə xidmətini məsələ haqda məlumatlandırıb.
Ancaq fanatlar şüarlara davam edib. Bundan sonra Quliyev növbəti dəfə “Şamaxı” rəhbərinə iradını bildirdikdən sonra azarkeşlər sakitləşdirilib.
“Şamaxı” – “Turan Tovuz” oyunu meydan sahiblərinin qələbəsiylə başa çatıb – 3:2.