Həbs olunan komediyaçı görüşünə gələn Kılıçdaroğlunu TƏHQİR ETDİ
Türkiyədə həbs olunan komediyaçı Deniz Göktaş CHP-nin məhkəmə qərarı ilə vəzifəsinə qaytarılmış sədri Kamal Kılıçdaroğlu ilə İstanbul Ədliyyəsində baş tutan görüş barədə açıqlama verib.
SAVASHMEDIA.az xəbər verir ki, Göktaş vəkilləri vasitəsilə yaydığı açıqlamada Kılıçdaroğlu ilə görüşmək istəmədiyini bildirib.
Onun sözlərinə görə, səhər saatlarında Kılıçdaroğlunun onunla görüşmək istədiyi bildirilsə də, o bu təklifi qəbul etməyib. Buna baxmayaraq, məhkəməyə çıxarılmazdan əvvəl qısa görüş baş tutub.
Göktaşın sözlərinə görə, Kılıçdaroğlu ona "Keçmiş olsun" deyib və hər hansı ehtiyacının olub-olmadığını soruşub.
Komediyaçı isə cavab olaraq, "İndi ki buraya qədər gəlmisiniz, sizə milyonlarla gəncin bir xahişini çatdıracağam - xahiş edirəm CHP-dən gedin", - dediyini açıqlayıb.
O bildirib ki, bu sözlərdən sonra Kılıçdaroğlu başını bulayaraq oradan uzaqlaşıb.
Deniz Göktaş həmçinin əlavə edib ki, 2023-cü ilin prezident seçkilərində səs verdiyi siyasətçiyə belə bir söz demək məcburiyyətində qalması onun üçün xoş olmayıb.
Oğuz