İmişli rayonunda SSRİ bayrağı qaldırıldı - ŞOK VİDEO
İmişli rayonunda keçmiş SSRİ-nin bayrağı qaldırılıb.
Bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Məlumata görə, bu, 9 May - Faşizm üzərində Qələbənin 80-ci ildönümü münasibətilə keçirilən tədbirlərin birində qeydə alınıb.
Belə ki, rayonun Sarıxanlı kəndində çəkildiyi deyilən videodan da Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş abidədə keçmiş SSRİ-nin bayrağının dalğalandığı görünür. (bakivaxti)
Bakıvaxtı.az həmin görüntüləri təqdim edir: