Müəllimin əməliyyat olunduğu klinikadan AÇIQLAMA - "Boyun nahiyəsində..."

Bu gün Binəqədi rayonu, "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü Şəhla Kamilovanın üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub.

Feb 6, 2026 - 17:07
Müəllimin əməliyyat olunduğu klinikadan AÇIQLAMA - "Boyun nahiyəsində..."

SAVASHMEDİA.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, aparılan diaqnostik radioloji müayinələrdən sonra pasiyentin boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub.

"Xəstə dərhal cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb. Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur", - məlumatda deyilir. 

Oğuz