Pənahova yüksək vəzifə verildi - FOTO

"Azərbaycan Dəmiryolları" QSC-nin (ADY) Təchizat departamentinin müdiri vəzifəsindən ayrılan Emil Pənahovun yeni iş yeri məlum olub.

Apr 16, 2025 - 13:30
Pənahova yüksək vəzifə verildi - FOTO

SAVASHMEDİA.az modern.az-a istinadən xəbər verir ki, o, bundan sonrakı fəaliyyətini "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi"ndə (AZCON) davam edəcək.

Emil Pənahov sözügedən qurumda təchizat işlərinə rəhbərlik edəcək.

Qeyd edək ki, Emil Pənahov 2023-cü ildən ADY-də fəaliyyət göstərib və bu ay karyerasında yeni mərhələyə başlamaq üçün qurumdan ayrılıb. O, ADY-nin inkişafına mühüm töhfələr verib.

Fotoda: Emil Pənahov