Polis bunu görən kimi maşını saxlayır - Ən çox yol verilən 10 səhvin SİYAHISI
Yol polisi avtomobilləri heç də təsadüfi seçim əsasında qaydada saxlamır.
SAVASHMEDİA.az xatırladır ki, adətən nəqliyyat vasitəsində və ya sürücünün davranışında müşahidə olunan müəyyən əlamətlər qayda pozuntusu ilə bağlı şübhə yaradır və avtomobilin saxlanmasına səbəb olur.
Həmin səbəbləri təqdim edirik:
1. Dövlət nömrə nişanı çirkli və ya oxunmaz olduqda
Nömrə nişanı çirk, qar və ya digər səbəblərdən oxunmursa, polis avtomobili saxlayaraq bunu araşdıra bilər.
2. Təhlükəsizlik kəməri taxılmadıqda
Sürücü və ya ön oturacaqda əyləşən sərnişinin təhlükəsizlik kəmərindən istifadə etməməsi ən çox rast gəlinən qayda pozuntularındandır.
3. Sükan arxasında telefondan istifadə edildikdə
Hərəkət zamanı mobil telefonla danışmaq və ya mesaj yazmaq sürücünün diqqətini yayındırdığı üçün polis tərəfindən dərhal qeydə alına bilər.
4. Dönmə siqnallarından istifadə edilmədikdə
Zolaq dəyişərkən və ya dönərkən siqnal verməmək həm təhlükəlidir, həm də inzibati məsuliyyət yaradır.
5. Avtomobil qeyri-sabit hərəkət etdikdə
Zolaqda sağa-sola yayınmaq, səbəbsiz sürəti dəyişmək və ya şübhəli idarəetmə polisi avtomobili saxlamağa vadar edə bilər.
6. Faralar və ya stop işıqları işləmədikdə
Nasaz işıq cihazları, xüsusilə gecə saatlarında, həm təhlükə yaradır, həm də polis tərəfindən diqqətdən yayınmır.
7. Qanunsuz tünd şüşələr olduqda
Normadan artıq qaraldılmış şüşələr yol polisi tərəfindən yoxlanılmasına səbəb ola bilər.
8. Avtomobildə görünən texniki nasazlıqlar olduqda
Qırılmış işıq, boş bamper, tüstülənən mühərrik və digər aşkar nasazlıqlar avtomobilin saxlanılmasına səbəb ola bilər.
9. Sürücü və ya sərnişinlərin davranışı şübhə yaratdıqda
Polis yol hərəkətinin təhlükəsizliyi baxımından şübhəli görünən hallarda avtomobili saxlamaq səlahiyyətinə malikdir.
10. Yol hərəkəti qaydalarının açıq şəkildə pozulduğu müşahidə edildikdə
Qırmızı işıqdan keçmək, sürət həddini aşmaq, qarşı hərəkət zolağına çıxmaq və digər aşkar qayda pozuntuları avtomobilin dərhal saxlanmasına səbəb olur.
Bu halların mövcudluğu hər zaman ciddi qanun pozuntusu demək deyil. Lakin belə əlamətlər polis əməkdaşına nəqliyyat vasitəsini saxlayaraq sənədləri və vəziyyəti yoxlamaq üçün əsas verə bilər.
Aytən