Putin niyə üzük taxmır? - Maraqlı DETAL
Rusiya Prezidenti Vladimir Putin haqqında ən çox müzakirə olunan detallardan biri də onun demək olar ki, heç vaxt üzük taxmamasıdır.
SAVASHMEDİA.az xəbər verir ki, illərdir yayımlanan görüntülərdə Putinin barmağında bir dəfə də olsun, üzüyün görünməməsi suallar yaradıb.
Qeyd edək ki, Putin 1983-cü ildə Lyudmila Şkrebneva ilə ailə qurmuş, cütlük 2013-cü ildə rəsmi şəkildə ayrılmışdır. Amma Putin nə rəsmi nikahda olduğu dövrdə, nə də ondan sonra üzük taxmayıb.
Bəziləri hesab edir ki, bu, sadəcə şəxsi seçimdir. Digər ehtimala görə, Putin uzun illərdir idmanla məşğul olduğu üçün (xüsusilə cüdo və üzgüçülüklə) aksesuarlardan mümkün qədər uzaq durmağa çalışır. Bu idman növlərində üzük taxmaq həm narahatlıq yarada, həm də zədələnmə riskini artıra bilər.
Maraqlıdır ki, Putin yalnız üzük deyil, digər zinət əşyalarından da çox nadir hallarda istifadə edir. O, ictimai tədbirlərdə adətən sadə kostyum, klassik saat və qalstukla görünür.
Aytən