"Qarabağ"ın oyununda "UEFA Mafiya" şüarı - Baha başa gələcək + VİDEO

Hollandiyanın “Tvente” klubu “Qarabağ”la UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda azarkeşlərinin davranışına görə cəzalandırıla bilər.

Aug 21, 2026 - 23:23
Aug 21, 2026 - 23:47
"Qarabağ"ın oyununda "UEFA Mafiya" şüarı - Baha başa gələcək + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb "Tvente" azarkeşlərinin final fitindən dərhal sonra  hakimlərə etiraz olaraq “UEFA mafiya” şüarı səsləndirmələri olub.

Hollandiya mediasının məlumatına görə, bu səbəbdən “Tvente”nin UEFA tərəfindən cərimələnəcəyi gözlənilir.

Xatırladaq ki, klub daha əvvəl də oxşar hadisəyə görə 10 min avro məbləğində cərimələnmişdi.

Qeyd edək ki, avqustun 20-də keçirilən qarşılaşmada “Tvente” "Qarabağ"a 0-1 hesabı ilə məğlub olub.

Oğuz

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)