Qəbələ icra başçısının atası Bakıda adam döydü - Küt alətlə başına vurub 

Qəbələ rayonunun icra başçısı Səbuhi Abdullayevin atası Bakıda çayxanada baş verən insident zamanı bir nəfərə xəsarət yetirib.

Aug 27, 2026 - 16:51
Aug 27, 2026 - 17:44
Qəbələ icra başçısının atası Bakıda adam döydü - Küt alətlə başına vurub 

SAVASHMEDIA.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Samir Feyruzov paylaşım edib.

Hadisə avqustun 26-da saat 18:00 radələrində paytaxtın Azadlıq prospekti 149 ünvanında yerləşən çayxanada qeydə alınıb.

Müəllifin məlumatına görə, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin atası Məhəmməd Abdullayev çayxanada Aqil adlı şəxslə mübahisə edib. Mübahisə sonradan əlbəyaxaya çevrilib və icra başçısının atası Aqilin baş nahiyəsinə küt alətlə zərbə endirib.

Zərbə nəticəsində başı yarılan və xeyli qan itirən Aqil təcili xəstəxanaya yerləşdirilib.

Məhəmməd Abdullayevin tikinti sektorunda fəaliyyət göstərdiyi, evlərin tikintisi və satışı ilə məşğul olduğu bildirilir.

İnsidentin başvermə səbəbləri ilə bağlı əldə edilən məlumata görə, hadisədən əvvəl Məhəmməd Abdullayev Aqil adlı şəxsi başqa bir şəxslə tanış edib. Tərəflər arasında alış-veriş baş tutub. Bir müddət sonra isə onların arasında mübahisə yaranıb.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyni dərc etməyə hazırıq.