İlham Əliyevdən bu futbol klubu ilə bağlı SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev “Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncamı imzalayıb.

Aug 27, 2026 - 16:31
İlham Əliyevdən bu futbol klubu ilə bağlı SƏRƏNCAM

SAVASHMEDİA.az xəbər verir ki, Sərəncamda deyilir:

"1. UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Sabah” futbol klubuna 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".